Gürcüstanda sənətimə diqqət ayıran insanlara təşəkkür borcum
Gürcüstanda sənətimə diqqət ayıran insanlara təşəkkür borcum
Hər tədbir öz ictimai əhəmiyyəti ilə diqqət çəkir. Çünki görülən işin məqsədi dövlətçilik işinə töhfə verməkdir. Bu mənada, mən də Gürcüstan Respublikasında yaradıcılığıma diqqət ayıran insanların hörmət və rəğbətini öz ölkəmin ictimai uğuru sanıram. Orada yaradıcılığıma dəyər verən, sənətimi qiymətləndirən insanların doğma baxışları, insana güc verən diqqət və qayğıları həm yubileyimə, həm də şeir-sənət boğçama əlavə rəng qatdı və ruhən fərqli bir yaddaşa, aşkar bir surətə dolduğum üçün Aktiv Azərbaycanlı Qadınlar Assosasiyasına,
SOCAR-ın qədirbilən insanlarına könüldən dua etdim. Çünki bir qəlbi maddi və mənəvi sevindirmək, bir ürəyə isti sığal çəkmək hər kəsin bacardığı iş deyil. Nə xoşbəxtəm ki, mən Dövlət Neft Şirkətində çalışıram və bundan böyük məmnunluq duyuram. Ən əsası, uzun illərdir çalışdığım Azərbaycan Dövlət Neft Şirkətinin bu yubiley ərəfəsində mənə xüsusi dəstək verən müvafiq əməkdaşlarının, sözə olan məhəbbətini şeir sənətinə böyük diqqət hesab edirəm.
Zakir Kaya Kitaplarının 2.Baskısı çıktı iletişim kurmak için tıklayınız.
Məlumat üçün bildirim ki, 18-19 noyabr 2021-ci il tarixində 60 illik yubileyimlə əlaqədar Gürcüstan Respublikasında qonaq oldum və bu münasibətlə Gürcüstan Yazıçılar Birliyində möhtəşəm tədbir keçirildi. Tədbirdə Gürcüstan Yazıçılar Birliyinin həmsədri Baqater Arabuli,
Gürcüstan Yazıçılar Birliyinin sədrinin rəyçisi, Mətbuat Mərkəzinin rəhbəri Manana Qorqişvili, Gürcüstan Aqtiv Azərbaycanlı Qadınlar Assosiasiyası təsisçisi, şəhər bələdiyyəsi nəzdində yerləşən etnik azlıklar şurasının üzvü, «Azerbaycanım» jurnalının fəxri üzvü, «Kirmizi xətlər» təşkilatında şiddətə məruz qalan qadınların mentoru Gültəkin Mustafaeva, Gürcüstan-Azərbaycan Dostluq Fondunun prezidenti Gülnarə Rəsulzadə - Kvançaxadze Gürcüstan-Azərbaycan Dostluq Fondunun prezidenti, professor Rusudan,
Amerika Tədqiqatları İnstitutunun direktoru, professor Vasil,
Azərtac-ın müxbiri Xətai Əzizov,
Beynəlxalq İncəsənət Assosiyası «Pirosmani» vise-prezidenti Ali İsaev,
Mirzə Məmmədoğlu Maşov filoloq yazıçı-publisist,
Milli Parlamentin kitabxana ictimai işçisi Nino Gedenidze,
Tbilisi şəhər bələdiyyəsi nəzdində etnik azlıklar xalqlar şurasının sədri Rita Xidirbəgişhvili ,
Eto Mdinaradze aktiv qadın və aparıcı , Keriman Akdeniz, Ramilə Hacıyeva, Sabina Rza-zadə, Elena Həsənova Gürcüstan Aktiv Qadınlar Assosiyasının aktiv üzvüləri və digərləri çıxış etdi, hər çıxış gurultulu alqışlarla qarşılandı və hər çıxışçının dilindən qopan kəlmələrdə Azərbaycana, ölkəmizin söz-sənət adamlarına məhəbbəti aşkar ifadə olundu.
Açığı, ölkəmizdən kənarda - sözə dəyər verən insanların əhatəsində həm mənsub olduğum ölkə, həm də özüm haqqında xoş sözlər eşitdikcə, qürur hissi keçirir, bir daha azərbaycanlı olduğum üçün fəxr edirdim.
Tədbir zamanı bildirildi ki, Gürcüstanın sözə dəyər verən insanları mənim Gürcüstan Yazıçılar Birliyinə üzv olmağımı məsləhət biliblər.Onuda qeyd etdilər ki,Azərbaycandan yazıçılar evinə qonaqlar gəliblər lakin Azərbaycandan ilk yazıçıdır ki, bu binada tədbiri keçirilir. Bunu eşitmək məni bir daha qürurlandırdı. Kitablarımdan gürcü dilinə tərcümə edeceklerini və yazılarımın Gürcüstanda dərc olunan "Şəfəq" və "Körük" jurnallarına veriləcəyini də fəxrlə söylədilər.Tədbirin sonunda Şuşanın simvolu olan "Xarıbülbül" kəlağayını xanımlara hədiyyə etdim. Məhz bu da sözümüzə, sənətimizə diqqətin bariz nümunəsi kimi yaddaşımda qalacaq.
İştirakçıların böyük zövq aldığı tədbir rəsmi hissədən sonra Gürcüstanda öz qonaqpərvərliyi ilə seçilən «Qəbələ» restoranında davam etdi, tədbir iştirakçılarına qonaqlıq verildi. Süfrə arxasında hamı özünü bir ailənin üzvü kimi hiss etdi. Çünki ortada elə bir doğmalıq var idi ki, iki ölkəni birləşdirən ədəbi tellər tumurcuqlamışdı.
19 noyabrda Axundzadənin Ev Muzeyində tanınmış yazıçı-publusist Mirzə Məmmədoğlu Maşovla xüsusi görüş keçilridi.
Mirzə Məmmədoğlunun qonşu ölkə barədə yazdığı və Gürcü dilinə tərcümə etdiyi kitablarını mənə hədiyyə etdi.Mirzə Məmmədoğlu Maşovla görüşümüz çox gözəl keçdi.
Bəli, mən Gürcüstanda xoşbəxt anlar yaşadım. Bunun üçün məxsusi olaraq məndən öz maddi və mənəvi köməyini əsirgəməyən Dövlət Neft Şirkətinə, çalışdığım idarənin dəyərli rəhbərliyinə və Gürcüstan Aktiv Azərbaycanlı Qadınlar Assosasiyasıyası kollektivinə bir daha öz xüsusi təşəkkürümü çatdırıram.
Hiç yorum yok